Ramil Şeydayevi itirəcəyi dəqiqləşən “Qarabağ” Filip Ozobiçlə bitən müqaviləni də yeniləməyəcək. Milliləşdirilən xorvat baş məşqçi Qurban Qurbanovun planlarına daxil deyil və ona özünə yeni i yeri axtarması tövsiyə olunub.

Futbolinfo.az xəbər verir ki, əvəzində 3 futbolçu ilə anlaşmalar yenilənəcək. Müqavlə müddəti başa çatan Bədavi Hüseynov və Maksim Medvedevlə 2, Riçard Almeyda ilə1 illik yeni müqavilə bağlanacaq.

Lakin “Qarabağ”ın yay planları bundan ibarət deyil. Ağdam klubu qarşıdakı aylarda ciddi transferlərlə güclənəcək. Rəhbərlik baş məşqçi Qurban Qurbanovun istəyi ilə bir neçə legionerlə danışıqlara başlayıb. Komanda 3-4 yüksək səviyyəli futbolçu transfer etmək niyyətindədir. Onların avrokubok mövsümünün startına kimi düşərgəyə gətirilməsi planlaşdırılır.

Shares: