Marko Verratti karyerasını İngiltərədə davam etdirə bilər. PSJ-dən ayrılmağa qərar verən yarımmüdafiəçi ilə 3 klub maraqlanır.
Futbolinfo.az xəbər verir ki, dayaq yarımmüdafiəçisinin əsas müştrəiləri Mançester klublarıdır. Həm “Yunayted”, həm də “Siti” onun keçidini reallaşdırmağa çalışır. Qranit Cakanı “Bayer”ə satacaq “Arsenal” da İtaliya millisinin oyunçusuna biganə deyil.
Vətənində “Yuventus” və “Milan”ın maraq göstərdiyi Verratti daha çox Turində çıxış etməyi arzulayır. Amma “Qoca Sinyora”nın maliyyə problemləri, üstəlik, yenidən cəzalanmaq ehtimalı onun tərəddüdünə səbəb olub.
11 ildir Paris klubunda oynayan “Peskara” yetirməsi azarkeşlərin təzyiqi üzündən Fransanı tərk etmək istəyir. Daim tənqid olunan futbolçu durumundan bezib və 3 illik müqaviləsi qalmasına baxmayaraq, getmək istəyir. PSJ 30 yaşlı yarımmüdafiəçini 50 milyon avroya satacağına ümid edir.