22-23 may tarixlərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təhsil işçiləri və media nümayəndələri üçün “Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda keçilən təlim proqramı yekunlaşıb.

Futbolinfo.az xəbər verir ki, iki gün davam edən təlim proqramı çərçivəsində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin “Università Svizzera italiana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media və mədəniyyət sənayesi üzrə professoru Matthew Hibberd “Sosial media dünyasında təhsil”, “Rəqəmsal savadlılıq və Media Savadlılığı: əsas problemlər”, “Sosial texnologiya dünyasında jurnalistika” və digər mövzularla bağlı öz təcrübələrini bölüşüblər.

Proqramın bağlanış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimin əhəmiyyətini qeyd edərək bildirib ki, media savadlılığı bacarıqlarının artırılmasının məqsədi məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılmasını, eləcə də sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etməkdir.

Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

1684866476 2c6d4085 d446 41c5 89bf a77f0ac477d5 - Futbolinfo.az
1684866469 b837655d a1b4 4e76 8d00 f4de5e896688 - Futbolinfo.az
1684866452 aae2d396 e17e 47e1 88a0 8aed5a00a751 - Futbolinfo.az
1684866407 601133c8 bccb 418b 983c f6b1d0f51bf2 - Futbolinfo.az
1684866400 f97764b7 b61b 4cd5 a423 246389e7b177 - Futbolinfo.az
Shares: