MBA-da bu gecə keçirilən oyundan sonra ikinci finalçı da bəlli olmalıydı. Lakin “Boston Seltiks” buna imkan verməyib . Evdə keçirdiyi ilk oyunda məğlub olmaqla işini çətinə salan komanda nəhayət ki, doğma arenada qələbə qazanıb – 110:97. Bununla da seriyada hesab arasında fərq minimuma enib (2:3).

Matçın əvvəllərindən etibarən “Hits”in oyunu alınmayıb. Xüsusilə də komandanın lideri Cimmi Batler görüşü aşağı səviyyədə keçirib. Ulduz basketbolçunun aktivində yalnız 14 xal var. Bunun da səbəblərindən biri “Seltiks”in Mayami komandasına qarşı kollektiv müdafiəsi olub. Bostonlular artıq böyük fasiləyə qədər oyunun müqəddəratını həll ediblər. Son period isə formallığa çevrilib.

“Mayami”nin heyətində türkiyəli basketbolçu Yurdsevən 2 xal toplayıb. Meydan sahiblərinin ulduzu Ceyson Teytum oyunu 21 xal və 11 assistlə tamamlayıb. Markus Smartla Ceylon Braun da məhsuldar oyun nümayiş etdirib.

Seriyanın növbəti oyunu Mayamidə keçiriləcək. Komandanın lideri Cimmi Batler ardıcıl 2 məğlubiyyətdən sonra azarkeşləri sakitləşdirərək finala çıxacaqlarını bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp