Futzal üzrə Azərbaycan kubokunda 2022/23 mövsümünə yekun vuruldu.

Futbolinfo.az xəbər verir ki, qalib adı uğrunda Yüksək Liqanın gümüş və bürünc medalçıları – “Neftçi” İK və “Baku Fire” komandaları qarşılaşıb.

Ümumilikdə indiyə qədər 10 komanda yarışın qalibi olmuşdusa, bu rəqəm böyüyüərək 11-ə çatıb. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz Naxçıvan” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub. Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15, “Marafon Futsal” 2017/18 və “Baku Fire” 2022/23 mövsümündə kuboku qazanıb.

Ölkə kubokunun 2019/20 mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb. 2020/21 mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.

Kubokun bütün qalibləri

1994/95. “Neftçi”
1995/96. “Neftçi”
1996/97. “Avtomobilçi”
1997/98. “Avtomobilçi”
1998/99. “Nabspor”
1999/00. “Azərneftyanacaq”
2000/01. “Azərneftyanacaq”
2001/02. “Gömrükçü”
2002/03. “Gömrükçü”
2003/04. “Turan” AİR
2004/05. “Araz”
2005/06. “Araz”
2006/07. “Araz”
2007/08. “Araz”
2008/09. “Araz”
2009/10. “Neftçi” İSM
2010/11. EKOL
2011/12. EKOL
2012/13. “Neftçi” İSM
2013/14. “Neftçi” İSM
2014/15. “Fener” FK
2015/16. EKOL
2016/17. “Neftçi” İK
2017/18. “Marafon Futsal”
2018/19. EKOL
2019/20. Yarış başa çatdırılmayıb
2020/21. Pandemiya ilə əlaqədar keçirilməyib
2021/22. “Neftçi” İK
2022/23. “Baku Fire”

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp