Formula 1 üzrə dördqat dünya çempionu Sebastyan Fettel sərmayəçi kimi yelkənli qayıq idmanı növündə Almaniya komandasına  qatılıb. Alman pilot Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Erik Hayl və komanda sahibi Tomas Riedllə ortaq olub.

Almaniya komandası yarışlar üçün ən sürətli qayıqdan istifadə edəcək. Bu qayıq 100 km/saat sürət yığa bilir.

Qeyd edək ki, almanlar SailGP dünya liqasına qatılan sonuncu millət olub. Yarışlar 16-17 aralığında Çikaqoda baş tutacaq.

“Mən burada böyük potensial görürəm. SailGP 4-cü mövsümünə başlayır. İlk dəfədir ki, Almaniya bu yarışlarda iştirak edəcək. Formula 1-lə yelkənli qayıq idmanını çoxdan müqayisə edirlər. Həqiqətən də bu iki idman növü arasında oxşarlıqlar çoxdur.

Yarışların özü insanı motivasiya edir. Belə dənizçilərlə çalışmaq mənə zövq verir. Bundan başqa külək enerjisindən istifadənin önəmi mənim üçün çox mühümdür. Bu dünyanı biz qorumalıyıq. Belə yarışların isə ekoloji sabitliyə ancaq faydası dəyə bilər”, – deyə alman pilot bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp