Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin iyunun 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Futbolinfo.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 910 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.

885 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci sıradadır. İdman gimnastı İvan Tixonov isə 405 xalla üçüncü pilləyə yüksəlib.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp