Futbol üzrə Cənubi Koreya çempionatında 16-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “İnçeon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Milli üzvü bu görüşün 56-cı dəqiqəsində sarı vərəqə də alıb.
“Daejeon” hazırda 22 xalla 6-cı pillədə qərarlaşıb.