“Səbail”də bütün suallara növbəti həftə aydınlıq gələcək. Klubun sponsorları iyunun 13-ə iclas təyin edib.

Futbolinfo.az xəbər verir ki, komanda ilə bağlı hər hansı sual qalmayıb. Baş məşqçi Şahin Diniyevə heyəti istədiyi kimi qurmaq səlahiyyəti verilib. Təsadüfi deyil, təcrübəli mütəxəssis bir çox futbolçu ilə yolların ayrılmasını lazım bilib və gedənlərin siyahısı açıqlanıb. Tezliklə yeni transferlər də bir-bir bəlli olacaq. Öncə hazırda heyətdə olan oyunçuların taleyi müəyyənləşdirilir, daha sonra isə yeni gələnlər elan olunacaq.

İyunun 13-ə təyin olunan iclas isə klub rəhbərliyinin taleyi baxımından önəmlidir. İcraçı direktor Fərəc Əliyev və digər əməkdaşların məhz həmin gün istefaya göndəriləcəyi, yeni təyinatların olacağı gözlənilir. Qovulacağını bilən Fərəc Əliyevin artıq “Sabah”a iş üçün müraciət etdiyi deyilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp