Mingəçevir şəhər uşaq-gənclər idman məktəbinin yetirməsi olan Röyal Adıgözəlovun 14 yaşı var. Yeniyetmə güləşçi 8 ildir bu sahə ilə məşğul olur və təlim planının öhdəsindən asanlıqla gəlməyi bacarır.
Həftənin üç günü təlim-məşq toplanışında iştirak edən Röyal, son olaraq paytaxt Bakıda katedlər arasında baş tutan Azərbaycan çempionatında iştirak edib. O, yalnız yarınfinalda uduzaraq mötəbər turniri 3-cü pillədə başa vurub.
Röyalın ən böyük arzusu gələcəkdə Azərbaycan millisinin tərkibində Dünya və Avropa çempionatlarında uğurlu çıxış etməklə bayrağımızı yüksəklərə qaldırmaqdır.
Röyalın şəxsi məşqçisi Anar Bayramov tələbəsinin gələcəkdə Azərbaycanın sərbəst güləş üzrə milli komandasının əsas simalarından biri olacağına inanır.
Röyal Adıgözəlov bu ayın 17-də Qax rayonunda təşkil olunacaq yeniyetmələrin zona yarışında mübarizə aparacaq. Təşkil olunacaq birincilikdə məşqçinin şagirdinə ümidləri böyükdü.
BƏHRUZ MUSAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu