“Milan”ın baş məşqçisi Stefano Pioli rəhbərlikdən yeni transferlər istəyib. O, narazı qaldığı bəzi oyunçularla yolların ayrılmasının vacibliyini də bildirib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Şarl de Ketelardan narazıdır. Pioli onun səviyyəsini yüksəldəcəyinə əmin deyil. Bu səbəbdən oyunçunun satılması və ya icarəyə verilməsi planlaşdırılır.

Pioli Aleksis Salemakersdən də razı deyil. O, yarımmüdafiəçinin komandaya kifayət qədər kömək etmədiyini, ümumi səviyyəsinin tələblərə cavab vermədiyini düşünür. Daha yaxşı futbolçu tapılacağı halda onunla da yollar ayrılacaq.

De Ketelar ötən yay “Brügge”dən 35,5 milyon avroya transfer olunub. 22 yaşlı belçikalı ilə müqavilənin bitməsinə dörd il qalıb. Onun həmyerlisi olan Salemakers isə 3 ildir “rossonyerlər”in düşərgəsindədir. “Anderlext”dən 8 milyon avroya alınan oyunçu ilə anlaşma 2026-nın yayında bitəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp