Markus Türam “Milan”a keçəcəyi günü gözləyir. Çoxsaylı təkliflərə rəğmən, Fransa yığmasının üzvü məhz “rossonyerlər”in heyətində sınamaq istəyir.

Futbolinfo.az xəbər verir ki, bunun səbəbi var. Bu barədə futbolçu özü danışıb: “Atam Lilian Türam uzun illər “Yuventus”un formasını geyib. Amma mən o zaman – hələ uşaq ikən “Milan”a azarkeşlik edirdim. Andrey Şevçenko və Ernan Kresponun oyunu məni heyran edirdi və bu komandaya vurulmağıma səbəb olmuşdu”.

2019-cu ildə “Genqam”dan Münhenqladbax “Borussiya”sına transfer olunan Markus hazırda azad agentdir. O, almanlarla bitən müqaviləsini yeniləməyib. 25 yaşlı hücumçu ilə qitənin ən güclü bir neçə komandası maraqlanır.

Shares: