Rafael Leao PSJ ilə təmasda olması barədə yayılan xəbərləri təkzib edib. “Milan”ın portuqaliyalı ulduzu Fransa klubu haqda heç vaxt düşünmədiyini bildirib.

Futbolinfo.az xəbər verir ki, cinah hücumçusu gələcəyini “rossonyerlər”də görür: “İtaliyadan ayrılmağı heç vaxt düşünmədim. Bu mümkün deyil. “Milan”da tarix yazmaq istəyirəm. Ona görə də hər hansı klubla müzakirə aparmamışam”.

Yaxınlarda “Milan”la mövcud müqaviləsinin müddətini uzadan Rafael bunu təsdiq nümunəsi kimi xatırladıb: “Klubda qalmağa uzunmüddətli müqavilə bağlamazdan xeyli öncə qərar vermişdim. PSJ və ya başqa bir klub haqqında ümumiyyətlə, düşünmədim”.

Shares: