“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, komanda növbəti mövsümün hazırlığına iyunun 21-də Bakıda başlayacaq.
Paytaxtda baş tutacaq toplanış iyunun 29-dək davam edəcək. Həmin tarixdə komanda Qəbələyə yola düşəcək. Qəbələ toplanışı iyulun 5-də başa çatacaq. İyulun 6-da isə komanda hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Bu ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.
Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.