Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bilinib.

Futbolinfo.az saytı xəbər verir ki, bu gün baş tutan püşkatma mərasimində Ağdam təmsilçisinə “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütü cütünün qalibi rəqib olub. Ancaq bunun üçün Qurban Qurbanovun yetirmələri əvvəlcə Cəbəllütariq çempionu “Linkoln”u mübarizədən kənarlaşdırmalıdır.

“Linkoln” – “Qarabağ” cütünün qalibi II raundda ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.

Shares: