Cəbəllütariqin “Linkoln” komandası UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “cırtdan” ölkə təmsilçisi 22 futbolçu sifariş edib.
Baş məşqçi Xavyer Munyosun siyahıya daxil etdiyi oyunçulardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i isə hücumçudur.
Qapıçılar: Deyl Kolinq, İvan Villanueva, Nauset Santana;
Müdafiəçilər: Roy Çipolina, Bernardu Lopeş, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano;
Yarımmüdafiəçilər: Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Liam Uoker, Mustafa Yahaya, Samson Acayi;
Hücumçular: Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro, Xuan Penya.
Xatırladaq ki, “Qarabağ” “Linkoln”a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.