Ötən mövsümü “Şamaxı”da keçirən Kamran Quliyev özünə yeni komanda tapıb. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı forvard “Sumqayıt”la anlaşıb.
Tərəflər arasında yaxın günlərdə yeni müqavilə imzalanacaq.
Kamran “Sabah”a məxsus idi və “Şamaxı”ya icarəyə verilmişdi. Onun “Sumqayıt”da hansı şərtlərlə oynayacağı hələ bəlli deyil.