Xefren Türam “Nitsa”da qalmağı lazım bilib. “Milan”ın transfer gündəmində olan 22 yaşlı fransalı daha bir mövsümü Liqa 1-də keçirəcək.

Futbolinfo.az xəbər verir ki, hazırkı klubu ilə 2025-ci ilin yayınadək müqaviləsi olan yarımmüdafiəçi Avro-2024-dən sonra klubunu dəyişəcək. O, milli komandaya düşməyə, daha sonra dəyərini artırmağa çalışacaq. Bu üzdən futbolçu yeni təkliflərin müzakirəsini dayandırıb və özünü yeni mövsümə kökləyib.

Xatırladaq ki, 4 il öncə “Monako”dan transfer olunan futbolçunun hazırkı dəyəri 40 milyon avrodur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp