Mark Sükerberq İlon Maskla döyüşə hazırlıq çərçivəsində məşqlərini keçirir. “Facebook”un yaradıcısı İsrael Adesanya və Aleks Volkanovski ilə şəkillərini paylaşıb.

“Zarafat etmirik. Hər şey ciddidir”, – deyə orta çəkidə UFC çempionu İsrael Adesanya şəklin altında yazıb. Xatırladaq ki, bir müddət əvvəl İlon Mask da məşqlərdən şəkillərini paylaşmışdı.

Milyarderlər arasında döyüş bu ilin sonuna qədər baş tutmalıdır. Hələlik rəsmi müqavilə imzalanmasa da, hamı oktaqonda qarşılaşmanın baş tutacağına inanır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp