Daha bir ulduz Asiyaya gedir. Amma Rodriqonun mənzili Səudiyyə Ərəbistanı yox, Qətər olacaq.

Futbolinfo.az xəbər verir ki, Rodriqo Moreno Maçado “Lids”dən ayrılıb. Braziliya əsilli ispaniyalı İngiltərə Premyer Liqasını tərk edən klubda qalmamağa qərar verib. Daha bir illik müqaviləsi qalan 32 yaşlı oyunçu anlaşmanı pozaraq “Əl Rayyan”a keçir.

Futbolçu tibbi müayinədən keçmək üçün Qətərə yollanıb. Onun transferi tezliklə açıqlancaq.

“Valensiya”da məşhurlaşan cinah hücumçusu son 3 mövsümü “Lids”də keçirmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp