“Adrian Mutu bir ulduzdur və Azərbaycanda uğurlu olacaq”. Bunu futbolinfo.az-a açıqlamasında rumıniyalı model və futbol meneceri Anamaria Prodan deyib.

O, “Neftçi”nin baş məşqçi postuna təyinat alan həmyerlisi Adrian Mutu barədə danışıb: “Adrian  mənim ailəmin bir üzvüdür. Uşağımın xaç atasıdır və heç kim onun kimi deyil. Peşəkar məşqçidir, insandır, mükəmməl xarakterə sahibdir. İstedadına isə heç kim şübhə edə bilməz. Böyük oyunçu olub və böyük də məşqçi olacaq. Ailəsi ilə birlikdə Azərbaycana adaptasiya olub yaxşı işlər görəcək. Ona uğurlar arzu edirəm və mümkün qədər çox kubok qazanmasını diləyirəm”.

Qeyd edək ki, Anamaria Prodan həm də “Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp