Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Araz Naxçıvan Peşəkar Futbol Klubu”nun ümumi yığıncağı keçirilib.

Futbolinfo.az xəbər verir ki, yığıncaqda klubun yeni təsisçiləri – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 %) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 %) – barədə məlumat verilib.

Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb. Ramin Axundov “Araz Naxçıvan Peşəkar Futbol Klubu” İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.

İdarə Heyətinin tərkibi

Ramin Axundov – Sədr // Prezident

Nurlan Həsənov

Ceyhun Məmmədov

İmran Kələşov

Müşahidə Şurasının tərkibi

Vüqar Abbasov – sədr

Orxan Hüseynov – sədr müavini

Taleh İbrahimov – üzv

Elxan Babayev – üzv

Rövnəq Xəlilov – üzv

Mahir Şıxəliyev – üzv

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz Naxçıvan” Futzal Klubunun prezidentidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp