“Srvena Zvezda”nın futbolçusu Qelor Kanqa Rusiyada təşkil olunan “Match TV” turnirini dəyərləndirib. Futbolinfo.az saytı xəbər verir ki, turnirin ən yaxşı oyunçusu seçilən Qabon millisinin yarımmüdafiəçisi “Neftçi”, “Zenit” və “Fənərbağça” üzərində layiqli qələbə qazandıqlarını bildirib.

33 yaşlı hücumameyilli futbolçu rəqibləri barədə də müsbət fikirlər səsləndirib: “Yaxşı oyunlar keçirdik və layiqli şəkildə turnirin qalibi olduq. Mövsüm bizim üçün yaxşı başladı, düzgün istiqamətdə gedirik. Belə də davam etmək lazımdır. Bu turnirdəki rəqiblərimiz güclü komandalar idi. “Neftçi”, “Zenit” və “Fənərbağça” kimi tanınmış klubları məğlub etmək asan iş deyildi. Bu onu göstərir ki, biz mövsümə hazırıq”.

Qeyd edək ki, “Srvena Zvezda” turnirdə “Neftçi”ni 4:0, “Zenit”i 2:1, “Fənərbağça”nı isə 3:1 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi son oyununu iyulun 15-də “Fənərbağça”ya qarşı keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp