İyulun 15-də “Match TV” turnirinin son oyununda “Fənərbağça” ilə qarşılaşacaq “Neftçi” ardından Moskvaya yollanacaq. Bakı təmsilçisi ayın 18-də qonşu ölkədə Moskva “Spartak”ı ilə yoxlama görüşü keçirəcək.

Futbolinfo.az saytı xəbər verir ki, qarşılaşmanın “Match TV” vasitəsilə canlı yayımlanması variantı baş tutmayıb. Bu barədə kanalın baş prodüseri Aleksandr Taşin açıqlama verib. O bildirib ki, “Match TV” matçın yayımından imtina etməsə də, danışıqlar müsbət nəticələnməyib: “Biz “Spartak”la işbirliyi içindəyik. “Neftçi” ilə oyunun “Match TV”də canlı yayımlanması ilə bağlı təklif və dialoq olub. Ancaq görüşün müəllif hüququna malik olan klubun partnyoru ilə şərtləri razılaşdırmadan kommersiya məqsədləri üçün oyunu göstərməyi mümkün saymadıq”.

Qeyd edək ki, “Otkrıtiye Bank Arena”da keçiriləcək “Spartak” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp