Ötən mövsümü “Sabah”da keçirən Azərbaycan yığmasının üzvü Bəxtiyar Həsənalızadə hələ də klubsuzdur. Bir neçə klubla danışıqlar apardığı deyilsə də, oyunçu hələ ki, hansı komandaya keçəcəyinə qərar verməyib.

Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlamasına təxminən 1 ay qalır. Futbolinfo.az-a açıqlamasında yığmamızın müdafiəçisi bir neçə klubla danışıqlar apardığını, lakin hələ ki, heç nəyin dəqiqləşmədiyini bildirib: “Hələ ki, konkret nəsə yoxdur. Mən də gözləyirəm. Ümid edirəm ki, yaxın günlərdə qərar verilər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp