“Çox yaxşı hazırlıq keçirik. Komanda formasını tam düzəltməyə çalışır”. Bunu futbolinfo.az-a açıqlamasında “Zirə”nin hücumçusu Toni Qomes deyib.

O, komandasının hazırlıq prosesindən danışıb: “Düşünürəm ki, biz liqaya tam hazır olacağıq. Ötən mövsümdən daha yaxşı çıxış etməyə çalışacağıq. Mən özümü daha da inkişaf etdirmək niyyətindəyəm. Bu mövsüm daha güclü olacağam. Çünki liqanı artıq tanıyıram. Mənim üçün çox asan olacaq. Hər şey təbii keçəcək”.

Portuqaliyalı forvard hazırlıq üçün vaxtlarının çox olmasını müsbət dəyərləndirib: “Rəqib komandalardan bəzi üstünlüklərimiz var. Yeni futbolçular transfer edirik və onlar bizimlə uzun müddət hazırlıq keçəcək. Bu baxımdan daha yaxşı bir mövsüm olacağına inanıram”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp