Bu il Türkiyə Cümhuriyyəti 100 illiyini qeyd edir. Bununla əlaqədar ölkədə bir sıra tədbirlər gerçəkləşdirilir. İdman sahəsi də ölkədəki bayram atmosferini gücləndirmək üçün əlindən gələni edir.

Cümhuriyyətin 100 illiyi ilə bərabər ölkənin ən populyar klublarından biri olan “Beşiktaş”ın da 120 yaşı tamam olur. Bu münasibətlə klub xüsusi forma hazırlayıb. Formada həm ölkənin yubileyi , həm də klubun 120 illiyi ortaq şəkildə qeyd edilib.

Xüsusi hazırlanmış formalardan biri ölkənin ən tanınmış insanlarından biri olan İlber Ortaylıya göndərilib. Məşhur tarixçi də formanı geyinərək sosial şəbəkə hesabında paylaşaraq altından bu sözləri yazıb: “Qurulduğu gündən bugünə qədər Cümhuriyyətin qəlbində yer alan “Beşiktaş”ın 120 ilini, Türkiyənin də 100-cü ilini birləşdirən formalarından biri. Bu gözəl fikir və hədiyyələri üçün kluba təşəkkür edirəm”.

Shares: