Bu yay səs-küylü transferləri ilə gündəm olan “Panatinaikos” klubu daha bir oyunçunu heyətinə qatmağa yaxındır. SDNA-nın müxbiri Şon Vetakisin yaydığı məlumata görə klub Ukrayna millisinin üzvü Aleksandr Mixaylyuka təklif göndərib.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı basketbolçu ilə Yunanıstanın digər komandası “Olimpiakos” da maraqlanır. Məlumata görə, Afina təmsilçisi müqavilə təklifini göndərib və basketbolçuya avqustun 1-ə qədər vaxt verib.
Aleksandr Mixaylyukun boyu 201 sm-dir. 26 yaşlı basketbolçu ötən mövsümü MBA-da “Şarlott Hornets” komandasında keçirib. Mövsüm ərzində onun orta göstəriciləri 10,6 xal, 2,4 ribaund və 2,7 assist təşkil edib.
Xatırladaq ki, keçid baş tutacağı halda bu, Ergin Atamanın komandasının 12-ci yeni basketbolçusu olacaq.