Aktyorların tətilinə görə Bred Pit də Formula 1 haqqında filmin çəkilişlərinə ara vermək qərarına gəlib. Bir neçə gün əvvəl Hollivud aktyorları böyük bir tətilə başladıqlarını elan etmişdilər.

“The Sun” qəzetinin məlumatına görə, ulduz aktyor yarımçıq qalmış səhnələri çəkdikdən sonra işləri dayandıracaq. Aktyor bu qərarı həmkarları ilə həmrəy olduğunu nümayiş etdirmək üçün verib. Filmin çəkilişlərinə ən azı iki ay fasilə veriləcək.

Xatırladaq ki, filmin prodüsserlərindən biri Lüis Həmiltondur. Məlumata görə, bu həftə baş tutan Belçika qran-prisində də filmin çəkilişləri olmalı idi. Lakin tətil planların reallaşmasına imkan verməyib.

Əlavə edək ki, Formula 1-dən bəhs edən filmdə Bred Pit pilot obrazını canlandırır.

Shares: