Litva 1-ci liqasında 16-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Kauno Jalgiris 2” ilə qarşılaşıb. Qarşılaşma “sülh”lə bitib – 0:0.

Nurlan bu oyuna start heyətdə başlayıb və 66-cı dəqiqədə əvəzlənib.

“Yonava” 16 turdan sonra 8 xalla sonuncu pillədə qərarlaşıb.

Shares: