Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 10:00-da başlayacan iclasın gündəliyi zəngin deyil.

Futbolinfo.az xəbər verir ki, qurum üzvləri yalnız 2023/2024-cü illər mövsümündə II Liqada çıxış edəcək komandaların siyahısının təsdiqləyəcək. Əlavə təkliflər olarsa, müzakirələrin aparılması mümkündür, amma əsas məsələ məhz II Liqa iştirakçılarının dəqiq siyahısının müəyyənləşdirilməsidir.

Xatırlayırsızsa, İcaraiyyə Komitəsnin düz iki ay öncə – iyunun 16-da reallaşan iclasında I və II Liqaların tərkibi təsdiqlənmiş, I Liqada 10, II Liqada 12 komandanın mübarizə aparacağı diqqətə çatdırılmışdı. Eyni zamanda qərarda xüsusi qeyd də var idi. Belə ki, bu liqalarda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə edilmişdi.

Proses bitib və yeni mövsümün püşkünün atılması ərəfəsində yekun qərarlar verilib. İndi siyahının İcraiyyə Komitəsinin iclasında təsdiqlənməsi lazımdır. Bu gün yekun qərarda məhz bunu görəcəyik.

İlkin siyahıda II Liqada 12 komandanın mübarizə aparması nəzərdə tutulurdu:

1. “Füzuli”

2. “Göygöl”

3. “Ağdaş”

4. “Sportinq Baku”

5. “Qusar”

6. “Marxal Şəki”

7. “Şəfa  Baku”

8. “Cəbrayıl”

9. “Lerik”

10. “Kürmük Qax”

11. “Şəmkir”

12. “Kür-Araz” (İmişli)

Əldə etdiyimiz məlumata görə, siyahıya daha iki komanda əlavə olunacaq və yarış 14 iştirakçı ilə iki dövrədə təşkil ediləcək. Yenilər isə əslində köhnələrdir. Vaxtilə milli çempionatımızın güclülər dəstəsində çıxış etmiş “Dinamo” yenidən futbol səhnəsnə qayıdır. Daxili İşlər Nazirliyinin himayəsində çıxış edəcək komanda 1997-ci ildə yaradılmış klubun xələfidir.

e2ce1364c07f22f018a746ec72df251b - Futbolinfo.az

14-cü iştirakçı isə Qusarı təmsil edəcək. Lakin bu klub nə “Şahdağ”, nə də “Qusar” adlanacaq. Tamamilə yeni komanda yaradılıb və iki adı özündə birləşdirərək “Şahdağ Qusar” olacaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp