“Qalatasaray” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. İstanbul təmsilçisi üçüncü təsmifat mərhələnin cavab görüşündə Sloveniya “Olimpiya”sına qalib gəlib (1:0, 3:0).

Futbolinfo.az xəbər verir ki, bununla “Olimpiya”nın mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcəyi dəqiqləşib. Bu mərhələdə onların rəqibi “Qarabağ” (Azərbaycan) – HJK (Finlandiya) cütünün qalibi olacaq. İlk qarşılaşma avqustun 24-ü “Olimpiya”nın meydanında olacaq. Cavab matçı avqustun 31-də keçiriləcək.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk oyunda Bakıda qələbə qazanıb (2:1). Cavab görüşü sabah Helsinkidə olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp