Argentina millisinin kapitanı Lionel Messi ABŞ-ın “İnter Mayami” klubunun bombardirləri siyahısında üçüncü pilləyə yüksəlib. 36 yaşlı hücumçu buna “Filadelfiya Yunion”a 4:1 hesabı ilə qalib gəldikləri Liqa Kubokunun yarımfinal matçında fərqlənməklə nail olub.

Futbolinfo.az xəbər verir ki, bu gecə təcrübəli forvard 20-ci dəqiqədə ikinci qolu rəqibin qapısından keçirib. Messi “İnter Mayami”də meydana çıxdığı 6 qarşılaşmada 9 qola imza atıb. O, komanda yoldaşı Robert Teyloru geridə qoyub. MLS təmsilçisinin bombardiri isə 29 qolla Argentina yığmasının sabiq üzvü Qonsalo İquayndır. İkinci sırada “İnter Mayami”nin digər oyunçusu Leonardo Kampana (16 qol) qərarlaşıb.

Messinin klub ilə müqaviləsinin 2025-ci ilə qədər qüvvədə olduğunu nəzərə alsaq, yəqin ki, o, ABŞ klubunun tarixinə düşə, onun ən yaxşı bombardiri ola biləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp