“Çelsi” Romeo Laviyanı da heyətinə qatır. Uzun müddət davam edən danışıqlar razılıq əldə edilməsi ilə nəticələnib.

Futbolinfo.az xəbər verir ki, “Sauthempton” ötən il “Mançester Siti”nin gənclər komandasından 12,3 milyon avroya aldığı futbolçunu londonlulara satır. “Anderlext” yetirməsi olan 19 yaşlı belçikalı 60 milyon funt-sterlinq qarşılığında “zadəgan” olacaq.

“Sauthempton”la 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçunun bir müddət başqa komandada oynaması mümkündür. Çüni “Çelsi” təcrübə yığması üçün onu icarəyə verməyi düşünür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp