Bu gün Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk gündə cəmi bir qarşılaşma baş tutacaq.

Estoniyanın “Flora” komandası doğma meydanda “Farul”la (Rumıniya) üz-üzə gələcək. İlk oyunda Rumıniya təmsilçisi doğma meydanda 3:0 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, “Farul” – “Flora” cütünün qalibini Konfrans Liqasının pley-offunda Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – HJK (Finlandiya) cütünün məğlubu ilə görüş gözləyir.

Mərhələnin qalan cavab oyunları sabah keçiriləcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
16 avqust

20:00. Flora (Estoniya) – Farul (Rumıniya) (ilk oyun 0:3)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp