“Sabah” basketbol komandası amerikalı basketbolçu Korin Henri ilə 1 illik müqavilə imzalayıb!
Futbolinfo.az xəbər verir ki, son iş yeri İranın “Parsa” klubu olan Korin Henri zəngin karyeraya malikdir.
34 yaşlı basketbolçu peşəkar karyerası ərzində Fransa, Sloveniya, İsveç, Danimarka, Avstraliya, Yeni Zenlandiya, Uruqvay, Bolqarıstan, İran liqalarında çıxış edib.
Son mövsümün yekunlarına əsasən İran Super Liqasında ən yaxşı oyunçuların siyahısında 2-ci rəmzi komandada yer alıb.