“Əl İttihad” “Liverpul”un futbolçularından əl çəkmir. Məhəmməd Salahın məsələsinə yekun vurulmamış Səudiyyə Ərəbistanı klubu indi də mersisaydlıların digər oyunçusuna göz qoyub.

Futbolinfo.az xəbər verir ki, asiyalılar Co Qomesi heyətinə qatmaq üçün çalışmalara başlayıb. Müdafiənin müxtəlif mövqelərində oynamaq bacarığı olan futbolçu ərəblərin qısa namizədlər siyahısında ön sıradadır.

26 yaşlı Qambiya əsilli ingiltərəlinin “Liverpul”la daha 4 illik müqaviləsi var. 2015-ci ildən bu komandada olan “Çarlton” yetirməsi daha yaxşı maliyyə şərtlərinə görə getməyin əleyhinə deyil. Lakin son qərarı klub verəcək və “Liverpul” futbolçunu saxlamaqda israrlıdır.

Shares: