“Hoops Rumors” basketbol internet portalı MBA-nın qarşıdan gələn mövsümündə ən yüksək maaş alan oyunçuların siyahısını dərc edib. Portal müqavilələrdə nəzərdə tutulan bütün bonusları nəzərə alıb.
Futbolinfo.az xəbər verir k, siyahının ilk pilləsində “Qolden Steyt Vorriors”un müdafiəçisi Stiven Karri qərarlaşıb. Dördqat MBA çempionu gələn mövsüm təqribən 51,9 milyon dollar qazanacaq. İkinci yerdə “Finiks”dən Kevin Durant (47,64 milyon), üçüncü yerdə isə “Filadelfiya”dan Coel Embiid (47,6 milyon) qərarlaşıb.
Ən çox qazanan 10 MBA oyunçusu:
1. Stiven Karri (Qolden Steyt) – 51,9 milyon dollar
2. Kevin Durant (Finiks) – 47,64 milyon dollar
3. Joel Embiid (Filadelfiya) – 47,6 milyon dollar
4. Lebron Ceyms (“Los-Anceles Leykers”) – 47,6 milyon dollar
5. Nikola Yokiç (Denver) – 47,6 milyon dollar
6. Bredli Bil (Finiks) – 46,7 milyon dollar
7. Yannis Antetokumbo (Miluoki) – 45,64 milyon dollar
8. Pol Corc (“Los-Anceles Klippers”) – 45,64 milyon dollar
9. Kayl Leonard (“Los-Anceles Klippers”) – 45,64 milyon dollar
10. Damien Lillard (Portlend) – 45,64 milyon dollar