“Bizim üçün vacib matç idi. Qalib gəlməli idik, amma alınmadı”. Bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Belajdi Pusi deyib.

Albaniyalı oyunçu Misli Premyer Liqasının 4-cü turunda doğma meydanda “Səbail”ə 1:3 hesablı məğlubiyyətdən danışıb: “Futbolda bu cür hallar olur. Biz hər keçən gün daha yaxşı olmağa çalışırıq. Yaxşılaşmaq və irəli getmək niyyətindəyik. Biz yaxşı və keyfiyyətli komandayıq, amma matç yaxşı alınmadı. Gələcəyə nikbin baxırıq”.

25 yaşlı hücumçu komandanın hədəflərindən də söz açıb: “Biz diqqətimizi hər matçda ən yaxşısını etməyə yönəldəcəyik. İnanıram ki, sonda turnir cədvəlində lazımı yerdə olacağıq”.

Pusi 5-ci turda üz-üzə gələcəkləri “Sabah”la oyun haqqında isə bunları deyib: “Hansı komanda ilə oynayacağımız bizim üçün fərq etmir. Meydana qələbə üçün çıxırıq. Bu matçda yaxşı nəticə qazanacağımıza ümid edirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp