Marko Veşoviç Azərbaycana qayıdıb. Zədə üzündən bir müddətdir “Qarabağ”a kömək edə bilməyən müdafiəçi yenidən klubun düşərgəsindədir.

Futbolinfo.az xəbər verir ki, müalicəsini vətənində davam etdirən legioner dünən Bakıya gəlib. O, “Olimpiya” ilə görüşdə komanda yoldaşlarının yanında olmağı lazım bilib.

Amma Veşoviçin müalicəsi hələ tam bitməyib. O, daha bir neçə gün məşqlərdən kənar qalacaq. Futbolçunun milli komandaların oyunları üzündən yaranan fasilədən sonra meydana qayıtması gözlənilir.

Shares: