Nebraskada tələbə komandaları arasında voleybol oyununa 92 003 tamaşaçı gəlib.

Ştatın paytaxtı Linkoln şəhərində uzun müddət idi ki, voleybol gününü daha yaddaqalan şəkildə qeyd etməyi düşünürdülər. Alınan qərar yeni dünya rekordu müəyyənləşdirmək olub. Buna görə də “Nebraska Cornhuskers” – “Omaha Mavericks” komandaları arasında oyun Amerika futbolu klubunun Memorial Stadionunda təşkil  edilib. Bununla da dünya tamaşaçı rekordu qırmaq mümkün olub.

Oyuna hazırlıq bir aydan çox çəkib. Bu müddət ərzində təşkilatçılar stadionda voleybol meydançası quraşdırmağa və azarkeşlərlə möhtəşəm iş aparmağa nail olublar. Nəticədə qadın komandalar arasında bütün idman növləri üzrə yeni dünya rekordu müəyyənləşib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp