Dünyanın 2 nömrəli tennisçisi Novak Cokoviç US Open-də həmyerlisi Laslo Cere ilə oyunda qələbədən sonra fikirlərini bildirib. Qeyd edək ki, serbiyalı raketka ustası 0-2 geridə olmasına baxmayaraq dönüş yaratmağı bacarıb.

“US Open”də karyeram ərzində keçirdiyim ən çətin oyunlardan biri idi. Lasloya gözəl oyuna görə təşəkkür etmək istəyirəm.

Həqiqətən də güzgünün qabağında öz-özümlə danışdım. Bir qədər də özümü ələ saldım. Çox həyəcanlı və gərgin idim. Özümü geri dönüş etməyə məcbur etdim. Yaxşı ki, hər şey qələbəylə tamamlandı. İndi ən çox istədiyim şey yatıb yuxumu almaq və bu 36 yaşlı bədənin bərpasına çalışmaqdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp