Türkiyənin qadın voleybolçulardan ibarət millisi Avropa çempionu olub.

Futbolinfo.az xəbər verir ki, qardaş ölkə təmsilçisi finalda Serbiya ilə qarşılaşıb. Setlərdə 1:2 geridə olan  Türkiyə yekunda 3:2 hesabı ilə qalib gələrək bu titula yiyələnib.

Türkiyə – Serbiya 3:2 (25:27, 25:21, 22:25, 25:22, 15:13)

Beləliklə, Türkiyə millisi Belçikanın paytaxtı Brüsseldə keçirilən yarışda tarixində ilk dəfə Avropa çempionu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp