“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer”də yeni müqavilə imzalanıb. Leverkuzenlilər Edmond Tapsoba ilə razılıq əldə edib.
Futbolinfo.az xəbər verir ki, futbolçu ilə mövcud müqavilənin müddəti 2028-ci iln yayınadək uzadılıb. Burkina Fasodan olan mərkəz müdafiəçisi ilə münasibətlərin rəsmiləşməsi bu gün elan olunub.
24 yaşlı futbolçu 2020-ci iln yanvarından Bundesliqa klubunda oynayır. O, daha öncə Portuqalyada “Leyşoeş” və “Gimaraynş”da forma geyib. Tapsoba Almaniyaya da məhz “Gimaraynş”dan 20 milyon avroya transfer edilmişdi.