“Vest Hem”in yarımmüdafiəçisi Ceyms Uord-Prouz məşqdə zədələnib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ən az 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Uord-Prouz bu mövsüm bütün yarışlarda 4 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.