Fransa prezidenti Emmanuel Makron 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada rusiyalı idmançıların mümkün iştirakı barədə danışıb.
“Bu mövzu siyasiləşdirilməməlidir. Olimpiya dairələrinin əsaslandırılmış qərar qəbul etmələrini istəyirəm. Bu mənada Tomas Baxa tam etibar edirəm. Aydındır ki, Parisdəki oyunlarda Rusiya bayrağı ola bilməz”, – deyə Makron “L’Equipe” nəşrinə fikirlərini bildirib.
2023-cü ilin martında Beynəlxalq Olimpiya Komitəsi federasiyalara, müharibəyə ictimai dəstəyi ifadə etməyən və hərbi strukturlarla əlaqəsi olmayan rus idmançıları neytral statusda yarışlara buraxmağı tövsiyə etmişdi. Bu qərar yalnız fərdi yarışlara aiddir və komanda idman növlərinə şamil edilmir.