Minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ilk oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Ukraynanın “Andezit” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə bitib.
“Zirə” Bakı vaxtı ilə saat 20:00-da Bolqarıstan “Terra Trak”ı ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qrupda üç klub yer alıb.
Bu gün həmçinin “Birbaşa Bakı” da ÇL-də iki görüş keçirəcək.