Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Bu gün körpücük üzərinə Ömər Cavadov çıxıb. O, 73 kq çəki dərəcəsində yarışıb. Atletimiz birdən qaldırma hərəkətində 145 kq-ın öhdəsindən gələ bilməyib və yarışı nəticəsiz başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp