“Neftçi”nin qapıçısı İvan Brkiçin futbolinfo.az saytına müsahibəsi

– Komandanızın bu mövsümkü çıxışını necə dəyərləndirirsiz?

– Hələ ki, çox şey demək üçün tezdir. Çünki qarşıda bizi çox oyunlar gözləyir. Bir çox qarşılaşmalara çıxacağıq və nələrin baş verəcəyini görəcəyik. Bizim indi gələcəyə köklənmək kimi vacib işimiz var. Mövsümün sonuna qədər yaxşı şeylərə nail olmalıyıq.

– 8 xal “Neftçi” üçün az deyil?

– Əlbəttə ki, bu, “Neftçi” kimi komanda üçün zəif nəticədir. Amma buna baxmalı deyilik. Qarşıdakı oyunların önəmini, “Neftçi” üçün vacibliyini hər kəs dərk edir. Vacib olan qarşıdakı matçlarda daha yaxşı nəticələr əldə etməkdir.

– Artıq komandada digər rumıniyalı Adrian Mutu çalışır. Onu sabiq baş məşqçiniz Laurentsiu Regekampfla necə müqayisə edərsiz?

– Hər məşqçinin öz şəxsi taktiki baxışları, öz oyun tərzi var. Mutu və Rege arasında da fərq hərəsinin öz stilinin olmasıdır. Amma bu məşqçilərin ikisi də əla və böyük insandır. Onların özlərindən əlavə köməkçiləri haqqında da xoş sözlər deyə bilərəm.

– Özünüzün bumövsümkü çıxışınızdan razısız?

– Bunu tam istədiyim performans adlandırmazdım. Düşünürəm ki, hər zaman ən yaxşısı ola bilər. Ümumilikdə tam istədiyimiz kimi olmamağımızın səbəbi hazırlıqlara görədir. Biz istədiyimiz hazırlığı keçmədik. Amma özümü hazırda yaxşı hiss edirəm və daha yaxşısı olacaq.

– Bir neçə oyunda gənc qapıçı Rza Cəfərov meydana çıxdı. Onun oyununu necə dəyərləndirirsiz?

– Rza böyük potensiala malik qapıçıdır.

– Onunla rəqabət olacağını düşünürsüz?

– Biz hər zaman bir-birimizi dəstəkləyirik. Kimin oynamağındansa, komandanın uğurları daha önəmlidir.

– “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldiyiniz matçda o qırmızı vərəqə aldı. Bunu təcrübəsizliklə əlaqələndirmək olar?

– Bu səhvlər elədir ki, hər kəsin başına gələ bilər. Həyat davam edir. Nəticədə həmin oyunu sonda biz qazandıq. O, səhvlərindən öyrənməli və pozitiv qalmağa çalışmalıdır.

– “Neftçi”nin bu mövsüm çempionluq yolunda əsas rəqibləri “Qarabağ” və “Sabah” olacaq?

– Hər oyun önəmlidir. Həmçinin qeyd edim ki, bu mövsüm liqada bütün komandalar təhlükəlidir. Mövsümün sonunda turnir cədvəlinin hansı vəziyyətdə olacağını birlikdə görəcəyik.

– Azərbaycan millisinin Belçikaya 0:1 hesabı ilə uduzduğu oyunu izlədiniz?

– Əlbəttə, izlədim. Fikrimcə, komanda yaxşı futbol oynadı, sadəcə, şanssız bir qol buraxdı. Qol vurmaq üçün şanslar da var idi.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp