Canluici Donnarumma “Milan”a can atır. “Rossonyerlər”i tərk edərək daha yaxşı maliyyə arxasınca PSJ-yə yollanan qapıçı indi geri dönmək istəyir.
Futbolinfo.az xəbər verir ki, o, bunu yaxın dostları ilə söhbətində etiraf edib. Ancaq İtaliya klubu millinin əsas qolkiperini geri qaytarmaqda maraqlı deyil. “Milan” azarkeşlərinin nifrətini qazanmış Donnarumma özünə başqa iş yeri axtarmalıdır.
Paris klubundakı ab-havadan rahatsız olan qapıçı Mayk Menyanla yerini dəyişmək arzusundadır. PSJ Fransa millisnin qolkiperini transfer etmək istəyir və “Milan”a qapıçıları dəyişməyi təklif edib. Lakin nə qapıçı, nə də “Milan” buna razı deyil – tərəflər yeni müqavilənin detallarını müzakirə edirlər. Menyan uzun illər A Seriyasında oynamaq niyyətindədir.
“Milan” yetirməsi olan Donnarumma 2021-ci ilin yayında klubun yeni müqavilə təklifinə baxmayaraq, azad agent kimi Parisə yollanmışdı. 5 illik müqavilə bağlayan 29 yaşlı qolkiper indi bu addımına peşman olub. Menyan məhz həmin dövrdə 15 milyon avroya “Lill”dən Canluicini əvəzləməyə gəlib və ovaxtdan etibarən uğurlu çıxışı ilə seçilir, hətta yığmasında əsas heyət üzvünə çevrilib.